Başına dirədiyi tapançanı boş zənn edərək HƏYATINI İTİRDİ

Başına dirədiyi tapançanı boş zənn edərək HƏYATINI İTİRDİ

Hazırda oxunan: Başına dirədiyi tapançanı boş zənn edərək HƏYATINI İTİRDİ

272346

Kocaelinin Kartepe rayonunda başından güllə yarası ilə tapılan Sapancanın tanınmış iş adamı və “Sapancaspor” klubunun keçmiş prezidenti Fatih Balkaya aparıldığı xəstəxanada bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə “haberler.com” saytı yazıb.

Mənbə qeyd edir ki, Balkaya tapançanın boş olduğunu zənn edərək başına dirəyib və atəş açıb.
Hadisə dünən günorta saatlarında baş verib.

İlkin tibbi yardım hadisə yerində göstərilib, ağır yaralı halda Kocaeli Şəhər Xəstəxanasına aparılan Balkaya entubasiya olunsa da, bütün müdaxilələr nəticəsiz qalıb və vəfat edib.

İddialara görə, Balkaya dostunun evində olduğu zaman boş zənn etdiyi tapançanı çıxarıb. Daha sonra silahı başına dirəyərək atəş açıb və nəticədə təsadüfən özünü vurub.

“Sapancaspor” sosial şəbəkə hesabında yayımladığı açıqlamada keçmiş prezidentlərinin vəfatı haqda belə yazıb:

“Klubumuzun keçmiş prezidenti Fatih Balkaya vəfat edib. Mərhuma Allahdan rəhmət, kədərli ailəsinə və camiamıza başsağlığı diləyirik.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO