ADY-dən ixtisarlarla bağlı xəbərlərə REAKSİYA

ADY-dən ixtisarlarla bağlı xəbərlərə REAKSİYA

Hazırda oxunan: ADY-dən ixtisarlarla bağlı xəbərlərə REAKSİYA

272345

Son günlər bəzi KİV-də “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də ixtisarlara başlanıldığı haqda məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, ADY fəaliyyətinə dair yayılan məlumatlara münasibət bildirib.

Açıqlamada bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ekoloji məsuliyyət prinsiplərinə sadiq qalaraq kağızdan istifadənin minimuma endirilməsi və ətraf mühitə mənfi təsirin azaldılmasını təşviq etməyə davam edir:

“2023-cü il iyulun 1-dən etibarən kağız istifadəsinin azaldılması məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə kağız biletlərin satışı dayandırılıb. Həmçinin Ağdam, Bərdə, Köçərli, Qazax, Ləki və Ucar stansiyaları, Göynük, Qorağan, Əliabad, Göyəm və Təzəkənd dayanacaqları istifadəyə verildikdən sonra bu istiqamətlər üzrə bilet satışı onlayn qaydada təşkil edilir.
 

Xidmət keyfiyyətinin yüksəldilməsi nəticəsində son illər bilet alışında "ADY Mobile" mobil tətbiqi və ADY-nin rəsmi saytının payı nəzərəçarpacaq dərəcədə artıb. Artıq “ADY Mobile” istifadəçilərinin sayı 300 min nəfəri ötüb.



2023-cü ilin 8 ayında rayonlararası istiqamətlər üzrə biletlərin 48 faizi, 2024-cü ilin 8 ayında 65 faizi, bu ilin eyni dövründə isə 71 faiz onlayn şəkildə alınıb.
 

Eyni zamanda, ADY-nin 2023-2028-ci illər üçün rəqəmsallaşma strategiyasına müvafiq olaraq mərhələli şəkildə bütün xidmətlər elektronlaşdırılır. Eyni zamanda, yükdaşımaları sahəsində də artıq xidmətlər elektronlaşdırılıb, ölkə daxili yükdaşımaları isə artıq kağızsız qaydada, elektron imza ilə həyata keçirilir.


Sərnişinlər onlayn bilet satışının 7/24 aktiv olması nəticəsində məkan və zamandan asılı olmayaraq həm özlərinə, həm də ailə üzvləri və yaxınlarına daha rahat və növbə gözləmədən bilet almaqla vaxtlarına maksimum qənaət edirlər.

ADY rəqəmsal xidmətlərin inkişafı ilə yanaşı, hər kəsin, o cümlədən yaşlı insanların və texnologiyadan istifadə imkanları məhdud olan sərnişinlərin rahatlığını da nəzərə alır. Bu məqsədlə:

• Dəmir yolu stansiyalarında əməkdaşlarımız sərnişinlərə yerindəcə onlayn biletin alınmasında kömək göstərirlər.

• 1822 çağrı mərkəzi vasitəsilə sərnişinlərə bilet seçimi və alışında dəstək verilir.

Optimallaşdırma və daxili proseslərin təkmilləşdirilməsi

Qurum daxilində resurslardan daha səmərəli istifadə və xidmətlərin müasirləşdirilməsi məqsədilə optimallaşdırma tədbirləri həyata keçirilir. Bakı və Gəncə dəmiryol kassalarının fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq, kassa əməkdaşlarının bir qismi başqa işə keçirilib, bir qismi isə başqa işə keçirilmə təklifini qəbul etməyib.

Ümumilikdə isə daxili strukturun təkmilləşdirilməsi çərçivəsində kassaların fəaliyyətinin dayandırılması ilə bağlı 24 ştat ixtisara salınıb. Bu isə ümumi əməkdaş sayının 0,16 faizidir.

ADY-nin fəaliyyəti ilə bağlı məlumatlar yayarkən şirkətin mövqeyinin işıqlandırılmasını ictimaiyyətin düzgün məlumatlandırılması baxımından vacib hesab edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO