“Metronun B-04 stansiyasının tikinti işləri 2026-cı ilin sonunadək yekunlaşacaq”.
Bizim.Media xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib.
O qeyd edib ki, B-04 stansiyası çəhrayı xəttin beşinci, metropolitenin isə 28-ci stansiyasıdır.
M.Rzayev əlavə edib ki, “8 Noyabr” - B-04 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib, dəmir yolu xətti tam olaraq çəkilib:
“Layihə üzrə stansiyada 19 ədəd eskalator və 5 ədəd liftin quraşdırılması nəzərdə tutulub. Eskalatorlardan 12 ədədi artıq inşa edilib. B-04 stansiyasının C.Məmmədquluzadə küçəsinə 4 ədəd çıxışı olacaq. Bunlardan 2 çıxış tam olaraq inşa edilib, ikisində bərpa-tikinti işləri davam etdirilir. Stansiyanın platformasının uzunluğu 144 metr təşkil edir”.
O qeyd edib ki, Bənövşəyi xəttin davamı olaraq 7 vaqon xətti hərəkətə buraxılacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:56 / 25.09.2025
Bu stansiya gələn ilin sonunadək açılacaq
Hazırda oxunan: Bu stansiya gələn ilin sonunadək açılacaq
Hazırda oxunan: Bu stansiya gələn ilin sonunadək açılacaq
272340
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.