“Nizami” metrosunun yaxınlığında da yeni stansiya olacaq

“Nizami” metrosunun yaxınlığında da yeni stansiya olacaq

Hazırda oxunan: “Nizami” metrosunun yaxınlığında da yeni stansiya olacaq

272333

“B4 stansiyası Bənövşəyi xəttimizin “8 Noyabr”dan sonrakı stansiyası olacaq”.

Bizim.Media xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
 

Onun sözlərinə görə, Dövlət Proqramına uyğun olaraq Bənövşəyi xətt üzrə daha 5 stansiya inşa olunmalıdır: “Həmin 5 stansiyadan biri, məsələn, B4 stansiyasından sonrakı B5 stansiyası “Nizami” stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu stansiyaların ərazilərinin dəqiqləşdirmə işləri aparılır. Həmin stansiyadan birbaşa “Nizami”yə keçid olacaq”.



B.Məmmədov əlavə edib ki, “Avtovağzal” stansiyasında hərəkətə başlayan sərnişin həmin stansiyadan “Nizami”yə keçməklə hərəkətini Yaşıl xətt üzrə davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO