Azərbaycanda təhsil alan gənclərə hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.
Bəs bu möhlət hansı təhsil müəssisələrində oxuyanlar üçün keçərlidir?
Bizim.Media xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq məlumat verib.
O, bildirib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə görə, peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 20 yaşınadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Qeyd edək ki, qanunun müvafiq maddəsinə əsasən, 11 illik təhsil bazası ilə kolleclərə qəbul olunan tələbələr 18 yaşı tamam olduqda təhsillərini dayandıraraq hərbi xidmətə çağırılırlar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:25 / 25.09.2025
Bu şəxslər 20 yaşadək əsgər aparılmır
Hazırda oxunan: Bu şəxslər 20 yaşadək əsgər aparılmır
Hazırda oxunan: Bu şəxslər 20 yaşadək əsgər aparılmır
272320
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.