Batareya və maqnit qırıqları udan uşaq cərrahi əməliyyat olunub.
Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, 11 sentyabr 2025-ci il tarixində 2015-ci il təvəllüdlü azyaşlı qarın nahiyəsində kəskin
ağrı, ürəkbulanma, qusma və bədən hərarətinin yüksəlməsi şikayətləri ilə valideynləri tərəfindən Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.
Bildirilib ki, valideynlə aparılan söhbət zamanı məlum olub ki, uşaq autizm spektr pozuntusundan əziyyət çəkir, yad cisim udma vərdişi var və 3–4 gün əvvəl batareya və maqnit qırıqları udub:
“Aparılan rentgenoloji müayinədə qarın boşluğunun proyeksiyasında bir nöqtədə cəmlənmiş çoxsaylı rentgenokontrast yad cisimlər aşkarlanıb və cərrahi əməliyyat qərarı verilib.
Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyevin rəhbərliyi ilə uşaq cərrahları Ramin Bayramov və Binnət Sofuyev tərəfindən qarın boşluğunun təftişi (bağırsaq ilgəklərində çoxsaylı perforasiya-deşilmə aşkarlanıb), bağırsağın iki hissədən rezeksiyası və anastomazların qoyulması (bağırsaqların uc-uca tikilməsi) əməliyyatı icra olunub.
Uğurlu cərrahi müdaxilə və 14 günlük stasionar müalicələrdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilib, ambulator müalicə üçün evə buraxılıb”, - deyə məlumatda qeyd edilib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:02 / 25.09.2025
Bakıda 10 yaşlı uşağın qarnından batareya və maqnit qırıqları çıxarıldı – FOTO
Hazırda oxunan: Bakıda 10 yaşlı uşağın qarnından batareya və maqnit qırıqları çıxarıldı – FOTO
Hazırda oxunan: Bakıda 10 yaşlı uşağın qarnından batareya və maqnit qırıqları çıxarıldı – FOTO
272314
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.