Ləzə kəndində son vəziyyət: 3 evdən sakinlər çıxarıldı – VİDEO

Ləzə kəndində son vəziyyət: 3 evdən sakinlər çıxarıldı – VİDEO

Hazırda oxunan: Ləzə kəndində son vəziyyət: 3 evdən sakinlər çıxarıldı – VİDEO

272305

Qusarın Ləzə kəndində vəziyyət daha da pisləşib. Belə ki, gecə saat 12-dən səhər saat 5-dək yenidən güclü palçıq qatı gəlib.

Bunu Bizim.Media-ya Qusar FHK-nın sədri, icra başçısının 1-ci müavini Şahid Fərəməzov deyib.

O bildirib ki, 3 ev artıq gecə ikən boşaldılıb, sakinlər evlərindən çıxarılıb, hələlik qonşuların evində yerləşdirilib.

Qusar FHK-nın sədri gecə Ləzəçayda 4 texnikanın işlədiyini deyərək təmizləmə və çayın məcrasının dəyişdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.


Onun sözlərinə görə, vəziyyət ciddi nəzarətə götürülüb.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO