Ləzədə VƏZİYYƏT KRİTİKDİR - Palçıq selinin evləri basma təhlükəsi yarandı - VİDEO/ÖZƏL.

Ləzədə VƏZİYYƏT KRİTİKDİR - Palçıq selinin evləri basma təhlükəsi yarandı - VİDEO/ÖZƏL.

Hazırda oxunan: Ləzədə VƏZİYYƏT KRİTİKDİR - Palçıq selinin evləri basma təhlükəsi yarandı - VİDEO/ÖZƏL.

272272

Qusarın Ləzə kəndində palçıq seli nəticəsində bu dəqiqələrdə vəziyyət daha da kritikləşib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Ləzəçayla gələn palçıq layının çayın sol kənarındakı 2 evi basma təhlükəsi artıb.

Sakinlər böyük təşviş və qorxu içindədirlər. Sakinlərin sözlərinə görə, hazırda ərazidə işləyən 2 texnika azlıq edir.

Rəsmi qurumlar çayın sol hissəsində damba-torpaq bənd qurmaq üçün işlərə başlayıblar.

Qusar rayon icra hakimiyyətinin suvarma sistemləri və yol idarələrinin əməkdaşları hadisə yerindədirlər.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO