“TikTok”da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi - YENİLƏNİB

“TikTok”da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi - YENİLƏNİB

Hazırda oxunan: “TikTok”da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi - YENİLƏNİB

272258

Tərtər rayon sakininin "Tiktok" sosial media hesabında canlı yayım açaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbə vurması ilə bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Agentlikdən məlumat verilib.

Qeyd edilib ki, sözügedən uşaq aidiyyəti qurumlarla koordinasiyalı şəkildə əvvəlcə səhiyyə müəssisəsinə yerləşdirilib.

Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, qayğı ilə əhatə olunması üçün qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO