İmişlidə zəhərlənən 20 nəfərin SON VƏZİYYƏTİ

İmişlidə zəhərlənən 20 nəfərin SON VƏZİYYƏTİ

Hazırda oxunan: İmişlidə zəhərlənən 20 nəfərin SON VƏZİYYƏTİ

272240

İmişli rayonunda toyda zəhərlənənlərin vəziyyəti açıqlanıb.

Bizim.Media-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir:

"24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib".

Qurumdan qeyd edilib ki, 14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının müalicəsi Uşaq şöbəsində, 1 nəfərin (kişi cinsli) müalicəsi Poliklinika şöbəsində, digər 1 nəfərin müalicəsi isə (qadın cinsli) Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir.

Qeyd edək ki, İmişli rayonunun Muradxanlı kəndində keçirilən toy mərasimində iştirak edənlərdən 18 nəfərin zəhərlənməsi və xəstəxanaya müraciət etməsi barədə məlumat yayılıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO