Qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar AÇIQLANDI

Qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar AÇIQLANDI

Hazırda oxunan: Qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar AÇIQLANDI

272222

2026-cı ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, proqramlarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçidlərdən istifadə etməklə tanış ola bilərsiniz.

1. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar (Azərbaycan bölməsi)

2. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar (Rus bölməsi)


Qeyd 1. Qəbul imtahanlarında ötənilki imtahan modeli tətbiq olunacaq. Test bloklarına 22 qapalı tipli, 5 açıq (cavabı kodlaşdırıla bilən) tipli, həmçinin I ixtisas qrupu üzrə cavabı yazı ilə ifadə edilən 3 müstəqil tapşırıq, II, III və IV ixtisas qruplarında isə cavabı yazı ilə ifadə olunan 3 tapşırıqlı mətn, situasiya və mənbə daxil ediləcək.

Qeyd 2. Proqramların sonundakı siyahılarda əsas ədəbiyyat kimi dərsliklər göstərilmişdir. Nəzərinizə çatdırırıq ki, ötən illərdə olduğu kimi, bu il də dərslikdən kənar heç bir mövzu proqramlara daxil edilməmişdir. Əlavə ədəbiyyat siyahısında qeyd olunanlarla isə orta məktəbdə öyrənilənlər təkrar edilə bilər.

Qeyd 3. Ümumtəhsil müəssisələrinin 6-cı siniflərində “Təbiət” adlı yeni dərslik tədris olunur. Bununla əlaqədar olaraq, həmin siniflərdə biologiya və fizika fənləri ayrıca tədris edilmir. Lakin qəbul proqramlarında hələlik bu fənlərdən mövzular qalır. Həmin mövzulara dair materiallarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.


Qeyd 7. Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində ədəbiyyat fənninin tədrisi vaxtilə iki (variativ) dərslik əsasında aparıldığı üçün həmin sinif üzrə tapşırıqlar dərsliklərdə əksini tapan nəzəri biliklərin tətbiqi ilə bağlı olacaq.

Qeyd 8. Qəbul imtahanında ədəbiyyat fənnindən “Həmzənin Qıratı qaçırması” qolu (“Koroğlu” eposundan), N.Gəncəvinin “İskəndərnamə”, M.Füzulinin “Leyli və Məcnun”, C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, S.Vurğunun “Vaqif”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərlərinin dərsliklərdə verilməyən, lakin oxunması tövsiyə edilən hissələri üzrə tapşırıqlardan da istifadə olunur. Həmin əsərlərin müvafiq hissələri ilə buradan tanış olmaq olar.

Qəbul imtahanında ədəbiyyat fənnindən həmçinin “Xan sarayı” əfsanəsi, “Çahargah əfsanəsi”, “Ağıllı uşaq” nağılı, “Basatın Təpəgözü öldürdüyü boy” (“Kitabi-Dədə Qorqud” dastanından), “Düratın itməyi” qolu (“Koroğlu” eposundan), N.Gəncəvinin “Yaralı bir uşağın dastanı”, İ.Krılovun “Ağac”, S.Əhmədlinin “Dərs”, Z.Xəlilin “Zeynalabdin”, C. Novruzun “Mən bizim anaları günəşlətən tuturam”, B.Vahabzadənin “Vətəndaş” və M.Hüseynin “Odlu qılınc” əsərləri üzrə tapşırıqlardan da istifadə olunur. Həmin əsərlərlə buradan tanış olmaq olar.

Qeyd 9. На вступительных экзаменах по литературе планируется использование тестовых заданий по произведениям (М. Физули. Газель “Я скован, я пленён…”, М.П. Вагиф. Гошма “Байрам”, М.Ш. Вазех. Стихотворение “Высокая ростом, стройная телом …”, Х.Натаван. "Фиалка", С. Вургун. Гошма “Горы”, М.Дж. Пашаев. Рассказы “Правила приличия”, “Сирота”, М. Мушфиг. Стихотворение “Мама”, Р. Рза. Стихотворение “Карабах”, Н. Рафибейли. Стихотворение “Утро”, Г. Аббасзаде. Рассказ “Чужие” (из цикла “Той победной весной”), Б. Вагабзаде. Стихотворение “Вот здесь, по эту сторону Аракса…”, С. Рустамханлы. Отрывок из поэмы “Возвращение в Карабах”, Г.Р. Державин. Ода “Властителям и судиям”, А.С. Пушкин. Повесть “Капитанская дочка”, стихотворения “К Чаадаеву”, “К**” (“Я помню чудное мгновенье…”), Ф.И. Тютчев. Стихотворение “Не то, что мните вы, природа…”, М.Ю. Лермонтов. Стихотворения “Бородино”, “К” (Я не унижусь пред тобою…), “Родина”, поэма “Беглец”, И.С. Тургенев “Русский язык”, Л.Н. Толстой. Рассказ “Кавказский пленник”, А.А. Блок. Стихотворение “О, я хочу безумно жить…”, С.А. Есенин. Стихотворение “Отговорила роща золотая…”, В.В. Маяковский. Стихотворение “Необычайное приключение…”, А.А. Ахматова. Стихотворение “Я научилась просто, мудро жить…”, А.Т. Твардовский. Поэма “Василий Тёркин”, И.П. Третьяков. Рассказ “Бывают минуты…”, О. Хайям. Рубаи (“Книга жизни моей перелистана…”, “Мы источник веселья…”, “Принеси заключённый в кувшине рубин…”, “Поутру просыпается роза моя…”, “Нет ни рая, ни ада…”), Х. Ширази. Газель “Ветер нежный, окрылённый, благовестник красоты...”, О.Генри. Новелла “Последний лист”, Ч. Айтматов. Повесть “Лицом к лицу”). Вы можете ознакомиться с этими произведениями, перейдя по ссылке.

Qeyd 10. Təqdim edilmiş proqramlar “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq. Jurnalda imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları da dərc ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO