Onlara yeni vəzifə verildi

Onlara yeni vəzifə verildi

Hazırda oxunan: Onlara yeni vəzifə verildi

272197

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bir sıra kadr dəyişiklikləri həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı AQTA sədri Qoşqar Təhməzli müvafiq əmrlər imzalayıb.

Belə ki, AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bir müddət əvvəl Agentliyin Şərqi Zəngəzur regional bölməsinin rəisi vəzifəsinə təyin olunub.
 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsinə isə şöbə müdirinin müavini İlkin Kərimov təyinat alıb. Həmin şöbənin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Hüsniyyə Həsənova təyin olunub.


H.Həsənova uzun illər televiziya sahəsində fəaliyyət göstərib. 2021-2025 illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” da baş direktorun katibliyində PR və KSM layihələr icra edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO