İş dünyasının dəyişən REALLIQLARI – Diplomun hansısa önəmi QALIB?

İş dünyasının dəyişən REALLIQLARI – Diplomun hansısa önəmi QALIB?

Hazırda oxunan: İş dünyasının dəyişən REALLIQLARI – Diplomun hansısa önəmi QALIB?

272164

Əmək bazarındakı yeni tendensiyalar gəncləri və onların valideynlərini çaş-baş salıb. Belə ki, işəgötürənlər gənc kadrdan hansı təhsil pilləsini bitirməsi ilə çox zaman maraqlanmır. Hətta özəl sektorda işəgötürənlərin bir çoxu diplomu belə soruşmur, təcrübəni və peşəkarlığı əsas götürür.

Belə vəziyyətdə isə gənclərdə magistratura pilləsində təhsilə maraq azalır. Xüsusən də qızlar bu pillədə təhsil almaq istəmirlər. Təsadüfi deyil ki, bu il ali məktəblərin magistratura pilləsində dövlət sifarişi tam dolmadı.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda orta aylıq əməkhaqqı ARTIB – MƏBLƏĞ


Bəs bütün bunlar nədən qaynaqlanır?

Suala aydınlıq gətirən REAL Partiyasının sədri, ekspert Natiq Cəfərli Bizim.Media-ya bildirib ki, bunun bir sıra səbəbləri var:

“Qlobal səbəb ondan ibarətdir ki, Azərbaycanın əmək bazarında təhsillə əmək bazarı arasında, təhsillə maaş arasında birbaşa bağ yoxdur. Çox təəssüf ki, bu belədir. İş tapılması üçün başqa mexanizmlər mövcuddur. Yəni bakalavr və yaxud magistr pilləsini bitirmiş şəxsin iş tapması daha çox şəxsi əlaqələr hesabına olur. Yəni iş tapmaq üçün magistr və yaxud bakalavr diplomu hər hansı bir üstünlük qazandırmır. Bizdə işaxtaranın hansı Universitetin məzunu olması vacib amil deyil. Bu mənada nə təhsilin pilləsi, nə də ki, Universitetin adı bizdə heç nəyi ifadə etmir”.

Müsahibimiz bir maraqlı məsələyə də toxunub:

“Bizdə oğlanlar magistraturaya əsasən hərbi xidmətə çağırışda möhlət qazanmaq üçün daxil olurlar. Təbii ki, bu da yanlış yanaşmadır. Ona görə də əsgərlik məsələsinə yenidən baxılmasına da ehtiyac yaranır. Bəlkə də ödənişli hərbi xidmətin olması daha yaxşı olardı ki, gənclərdə və valideynlərdə ali təhsilə yanaşmaları dəyişsin”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO