ABŞ Pezeşkianın ailəsinə viza vermədi

ABŞ Pezeşkianın ailəsinə viza vermədi

Hazırda oxunan: ABŞ Pezeşkianın ailəsinə viza vermədi

272161

ABŞ hökuməti, BMT-nin iclası üçün İslam Respublikası rəsmilərindən ibarət nümayəndə heyətinə yalnız məhdud sayda viza verib, lakin İran prezidenti Məsud Pezeşkianın övladları və kürəkəninə viza verməkdən imtina edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Iran International” nəşri yazıb.

Mənbə qeyd edir ki, Pezeşkianın övladları Zəhra və Yusif Pezeşkiana, eləcə də kürəkəni Həsən Məcidiyə ABŞ hökuməti tərəfindən viza verilməyib.
 

Bundan əlavə, nümayəndə heyətinin Nyu-Yorkda keçirilən tədbirlərdə iştirakını işıqlandırmağı planlaşdıran bütün iranlı jurnalistlərə və fotoqraflara da viza təqdim olunmayıb.


Amerika rəsmiləri İran nümayəndə heyətinin bütün üzvlərinin beynəlxalq görüşlərdə iştirak etmək üçün əlavə təhlükəsizlik yoxlamasından keçməsinin vacibliyini vurğulayıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO