Azərbaycan universitetləri beynəlxalq qızıl standarta yaxınlaşır – Fil Beyti

Azərbaycan universitetləri beynəlxalq qızıl standarta yaxınlaşır – Fil Beyti

Hazırda oxunan: Azərbaycan universitetləri beynəlxalq qızıl standarta yaxınlaşır – Fil Beyti

272157

"Azərbaycan son illərdə region üzrə qlobal ali təhsildə ən önəmli bölgələrdən biridir və burada sürətlə inkişaf edən tədqiqat sahəsi formalaşır". 

Bunu jurnalistlərə açıqlamasında Times Higher Education" beynəlxalq reytinq agentliyinin direktoru Fil Beyti bildirdi. O, qeyd etdi ki, bu coğrafi mövqe dünya üçün mərkəzi əhəmiyyət kəsb edir. Azərbaycan Şərq ilə Qərb, eləcə də Asiya ilə Avropa arasında körpü rolunu oynayır.

Tarixi baxımdan bu region ticarət, mədəniyyət və təhsil baxımından böyük önəm daşıyıb:
 

"İndi isə müasir dünyada Bakı tədqiqat və innovasiya üçün körpü olacaq. Mən görürəm ki, buraya daha çox tələbə gəlir və həm Mərkəzi Asiyada, həm də Qafqazda filial kampusların yaradılması üçün daha çox maraq var. Bu həqiqətən də inkişaf edən bir yoldur. Qafqaz və Mərkəzi Asiya universitetlərinin dünya reytinqlərində təmsilçiliyi dramatik şəkildə artıb.


Azərbaycan bu sahədə öncülük edir — daha çox universitet dünya reytinqlərinə daxil olur və beynəlxalq qızıl standartlara yaxınlaşır. Bu, həqiqətən dinamik və həyəcanverici dövrdür”. 

Şəfiqə Şəfa, Elcan Bəşirli, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO