DİQQƏT! Bu şəxslərə hərbi xidmətdən möhlət verilir

DİQQƏT! Bu şəxslərə hərbi xidmətdən möhlət verilir

Hazırda oxunan: DİQQƏT! Bu şəxslərə hərbi xidmətdən möhlət verilir

272103

Hərbi xidmətə çağırışda ailə üzvlərinin sayına görə müəyyən güzəştlər var.

Bizim.Media xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bu barədə Mətbuat.az-a açıqlamasında bildirib. 

O qeyd edib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən himayəsində 3 və daha çox uşaq olan çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir.

“Bu Qanunun 19.2.-ci maddəsinə əsasən çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 30 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər”, - deyə açıqlamada qeyd olunub. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO