Gənclər Oxçuçayla bağlı beynəlxalq təşkilatlara bəyanat göndərdi

Gənclər Oxçuçayla bağlı beynəlxalq təşkilatlara bəyanat göndərdi

Hazırda oxunan: Gənclər Oxçuçayla bağlı beynəlxalq təşkilatlara bəyanat göndərdi

27207

Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan və özündə 101 ali və orta təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatını (TGT) birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycanın bütün tələbələri və TGT-ləri adından Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı bəyanat yayıb. 

Bizim.Media-nın məlumatına görə, bəyanatda  qeyd edilir ki, həmin çayda ağır metalların normadan artıq olması və şiddətli çirkləndirilməsi nəticədə Araz, Kür və Xəzər Dənizinin bioresursları, yerli əhalisi və ekosisteminə ciddi təhdid yaradır. 

Vurğulanıb ki, Ermənistan Transsərhəd Su Axınlarının və Beynəlxalq Göllərin Qorunması və İstifadəsinə dair Helsinki Konvensiyasını nə imzalanıb, nə də ona könüllü şəkildə əməl edilib.

İngilis dilində yazılmış bəyanat İttifaq tərəfindən ətraf mühitin qorunması istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatlara göndərilib. 

Müraciətin sonunda beynəlxalq təşkilatlara bu mövzuda daha qətiyyətli mövqe tutması və Ermənistanı məsuliyyətsiz yanaşmasını dayandırmağa çağırış edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO