Lənkəranda 10 nömrəli məktəbdə tədris oktyabrdan bərpa olunacaq - RƏSMİ

Lənkəranda 10 nömrəli məktəbdə tədris oktyabrdan bərpa olunacaq - RƏSMİ

Hazırda oxunan: Lənkəranda 10 nömrəli məktəbdə tədris oktyabrdan bərpa olunacaq - RƏSMİ

272062

Lənkəran şəhər 10 nömrəli tam orta məktəbində tədris prosesinin pozulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin direktoru Bəhruz Mehdiyev Bizim.Media-nın yerli bürosuna bildirib ki, məktəbdə aparılan cari təmir işləri səbəbindən dərslər müvəqqəti dayandırılıb.

Onun sözlərinə görə, dam örtüyü tamamilə dəyişdirilib, pəncərələr yenilənib, sanitar qovşaqlarda isə işlər yekunlaşmaq üzrədir:

“Nəzərinizə çatdırım ki, təmir işləri artıq son mərhələdədir və 1 oktyabr 2025-ci ildən etibarən məktəb öz əsas binasında fəaliyyətini davam etdirəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO