Soyuqdəymə mövsümünə hazırlaşmaq üçün əlçatan üsul illik peyvənddir.
Bizim.Media "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı həkim Anastasiya Ağayeva danışb.
Həkim qripin qarşısının alınmasının əsas tədbiri kimi illik peyvəndi göstərib – ən optimalı epidemioloji mövsüm başlamazdan əvvəl, yəni sentyabr–oktyabr aylarında onu etdirməkdir.
Mütəxəssis vurğulayıb ki, peyvənd yarım yaşdan yuxarı bütün insanlara tövsiyə olunur, çünki qrip pnevmoniya, miokardit, xroniki xəstəliklərin kəskinləşməsi, nadir hallarda isə Guillain-Barre sindromu kimi fəsadlara səbəb ola bilər.
Peyvənd ağır qrip ehtimalını azalda və ağırlaşmamış viral infeksiyadan sonra sağalma müddətini qısalda bilər. Bundan əlavə, kütləvi peyvənd virusun ümumi dövranını azaltmağa kömək edir ki, bu da peyvənd olunmamış qruplar, məsələn, yeni doğulmuş uşaqlar və peyvənd üçün mütləq əks göstərişləri olan insanlar arasında yoluxma riskini azaldır.
Qripə qarşı illik peyvənddən əlavə, həkim profilaktikanın digər tədbirlərini də xatırlatmağı məsləhət görüb – yeməkdən əvvəl və ictimai yerləri ziyarət etdikdən sonra əlləri sabunla yumaq və ya antiseptik vasitələrdən istifadə etmək. Xəstələnmə ehtimalını azalda biləcək digər amillər isə sağlam qidalanma, fiziki aktivlik, kifayət qədər yuxu və əmək–istirahət rejiminə riayət etməkdir. (Ölkə.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:04 / 23.09.2025
Qripdən qorunmağın əsas yolu
Hazırda oxunan: Qripdən qorunmağın əsas yolu
Hazırda oxunan: Qripdən qorunmağın əsas yolu
272000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.