İsraf və bədxərclikdən qaçmağın YOLU - “Komsomol toyu” yenidən GÜNDƏMDƏ

İsraf və bədxərclikdən qaçmağın YOLU - “Komsomol toyu” yenidən GÜNDƏMDƏ

Hazırda oxunan: İsraf və bədxərclikdən qaçmağın YOLU - “Komsomol toyu” yenidən GÜNDƏMDƏ

271991

Ötən əsrin 70-80-ci illərində ölkəmizdə yeni toy ənənəsi yaranmışdı. Adına “Komsomol toyu” deyirdilər. Ailə quran gənclər öz yaxın ətrafları ilə hansısa məkana toplaşıb nikahlarını qeyd edirdilər. Stolda isə yüngül içkilər və şirniyyat olurdu.

Olduqca şən və gecə yarısına qədər davam edən bu toyda izafi xərc və israfçılıq yox idi. Dəvətlilər toya yüngül hədiyyələr, hansı ki, yeni evlənənlərə gələcəkdə lazım olan ev əşyaları alırdılar. Beləcə evlənən gənclər heç bir borcun-xərcin altına girmirdi. Valideynlər də gənclərin seçiminə hörmətlər yanaşırdı. Axı toy da, həyat da, seçim də onlarındır.

Lakin indiki reallıq çox acınacaqlıdır.

Hazırda bir gəncin ailə qurması üçün ən azı 20-25 min manat pul tələb olunur. Qazancsa 0-dır. Toy hər iki tərəfə xoşbəxtlik, xoş ovqat gətirməlidir. Amma bugünkü toylar tərəflərə qayğı, problem gətirir. Təkcə toy üçün şadlıq evinə ən azı 15-20 min pul verilməlidir. Nişan, xınayaxdı və digər tədbirləri demirik. Bir sözlə indiki toylar sevincdən daha çox, qayğılar gətirir. Ona görə də gənclərin və valideynlərin bir çoxu bu qayğılardan və xərclərdən ehtiyatlanaraq evlilik məsələsini ertələyirlər.

Bəs “komsomul toyu” ənənəsi yenidən başlaya bilər?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili Fazil Mustafa bildirdi ki, həqiqətən də belə bir problem var:

“Hökumət bunun üzərində düşünməlidir. Eyni zamanda vətəndaşlar da özlərinin baxışlarını dəyişməlidirlər. Toyun hədəfi yeni bir ailənin qurulmasıdır. Burada şöhrətpərəstliyə, yekəxanalığa yer olmamalıdır. Nəzərə alaq ki, şadlıq evlərinin müəyyən etdiyi qiymətlər var. Valideynlər də məcburən o şərtlərlə razılaşır. Ən pisi də odur ki, bu məsələdə alternativlər yoxdur. Ona görə də indiki israfçı toylardan qaçmaq üçün alternativlər düşünülməlidir.

Xüsusilə də aztəminatlı ailələr üçün.

ƏƏSMN bu məsələdə müəyyən işlər görə bilər. Bütün hallarda bu məsələyə kompleks yanaşma olmalıdır. Bu şəhərdəki tıxac problemi kimi bir şeydir. Həlli o qədər də çətin deyil. Təkliflər verilməlidir. Sadə, şöhrətpərəstlikdən uzaq toylar təşviq olunmalıdır. Buna həm dövlət, həm də cəmiyyət dəstək verməlidir. Az xərclə sadə toy eləmək istəyən vətəndaşlara bu imkan yaradılmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO