Qış QAPIDADIR – Dəm qazı kabusuna qarşı hansı tədbirlər GÖRÜLÜB?

Qış QAPIDADIR – Dəm qazı kabusuna qarşı hansı tədbirlər GÖRÜLÜB?

Hazırda oxunan: Qış QAPIDADIR – Dəm qazı kabusuna qarşı hansı tədbirlər GÖRÜLÜB?

271989

Payız fəsli gələr-gəlməz havanın temperaturu aşağı düşüb. Artıq bir müddətdən sonra mənzillərdə qızdırıcı sobalar işə düşəcək. Əhalinin çox hissəsi mənzillərini qaz sobaları ilə qızdırdığı üçün payız və qış fəslində təbii qaza tələbat artır.

Soyuq havada isti yuvanın olması xoş olsa da bəzən qaz sobalarından düzgün istifadə edilməməsi faciəyə, dəm qazından zəhərlənməyə səbəb olur. Hər il qış aylarında biz bunun şahidi oluruq.

Qaz sobaları, tüstü bacalarının qaydalara uyğun quraşdırılmasına nəzarət, həmçinin, mənzilləri təhlükəsiz qazla təmin etmək “Azəriqaz” İstehsalat Birliyinin işidir.

Bəs qurum bütün abonentlərin boru xəttini, cihazlarını yoxlayıbmı? Yəni təhlükəsizlik baxımından qışa hazırlıq necə gedir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev hər il may ayının 1-dən etibarən payız-qış mövsümünə hazırlıq mövsümünün icra olunduğunu deyib.

“Qurum hər il olduğu kimi bu il də payız-qış mövsümünə hazırlıq prosesi çərçivəsində may ayının 1-dən konkret olaraq hərəkətə keçib, addımlar atır. Bu prosesdə əməkdaşlarımız yeraltı boru xətlərinin yerüstü dayaqlar üzərinə qaldırılması, korroziyaya uğramış hissələrin, boru xətlərinin yeniləri ilə əvəz olunması, boyanma işləri, siyirtmə şkaflarının sazlığının yoxlanılması, həmçinin, yeni çəkilmiş xətlərin dayanıqlığının yoxlanmasını icra edir ki, abonentlər soyuq hava şəraitində normal, təhlükəsiz və davamlı qazla təmin olunsunlar”.

Qurum rəsmisi işlərin yekunlaşdığını bildirib:

“Azəriqaz” İstehsalat Birliyi olaraq payız-qış mövsümünün işlərini yekunlaşdırmışıq. Tamamlanma işləri icra olunur. Hər il olduğu kimi bu il də “Azəriqaz” İstehsalat Birliyinin abonentləri soyuq hava kütləsinin ölkəyə daxil olduğu aylarda qazla bağlı problem yaşamayacaq, normal qazla təmin olunacaqlar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO