Arıqlamağa kömək edən 7 möcüzəvi QİDA

Arıqlamağa kömək edən 7 möcüzəvi QİDA

Hazırda oxunan: Arıqlamağa kömək edən 7 möcüzəvi QİDA

271978

Düzgün qidaların seçilməsi çəki idarə etmək üçün çox vacibdir. Lif, zülal və sağlam yağlarla zəngin balanslaşdırılmış qidalar sizi daha uzun müddət tox hiss elətdirir və lazımsız kalori qəbulunun qarşısını alır.

Bizim.Media xəbər verir ki, gündəlik enerji balansı çəki idarə etməkdə həlledici rol oynayır. İstehlak olunan kalorilər enerji xərclərini aşdıqda artıq çəki baş verə bilər. Ancaq bəzi qidalar, aşağı kalorili sıxlığı və yüksək qida dəyəri sayəsində həm doyurur, həm də çəki artımının qarşısını alır. Lif, zülal və sağlam yağlarla zəngin olan bu qidalar maddələr mübadiləsini dəstəkləyir və uyğun hissələrdə istehlak edildikdə metobolizmanı dəstəkliyir və sağlam həyat tərzini asanlaşdırır.

1.XİYAR

Tərkibində 95% su olan xiyarın kalorisi azdır və mədəni doldurur, toxluq hissi yaradır. C və K vitaminləri ilə zəngin olan xiyar, qəlyanaltı və ya salatlarda istifadə edildikdə gün ərzində sizi tox saxlamağa kömək edir.



2. GÜLKƏLƏM

Lif və C vitamini ilə zəngin olan gül kələminin kalorisi azdır. Qaynadılmış və ya buxarda hazırlandıqda qida dəyərini saxlayır və çəki nəzarətinə kömək edir. Müxtəlif reseptlərdə tərəvəz əvəzinə istifadə edildikdə, yeməkləri daha dolğun edir.



3 QATIQ VƏ KEFİR

Zülal və probiyotiklərlə zəngin olan qatıq və kefir həzmi dəstəkləyir. Sizi daha uzun müddət tox saxlamağa kömək edir. Şəkərsiz və sadə məhsulların seçilməsi qəlyanaltılar zamanı kalori qəbulunu idarə etməyə kömək edir və bağırsaq sağlamlığını dəstəkləyir.



4. YUMURTA

Tərkibində yüksək keyfiyyətli zülal olan yumurta, xüsusilə səhər yeməyi zamanı istehlak edildikdə, gün ərzində daha az kalori istehlak etməyə kömək edir. Onları qaynadaraq hazırlamaq, əlavə yağların istifadəsinin qarşısını alır və çəki idarə etmək üçün uyğun edir.



5. BROKKOLİ

Brokkoli lif və C vitamini ilə zəngindir, kalorisi azdır. Çiy və ya buxarda istehlak edildikdə, toxluğu uzadır və yeməkləri daha dolğun edir. Antioksidant xüsusiyyətləri ilə də immuniteti dəstəkləyir.



6. PAXLALI BİTKİLƏR ( MƏRCİ VƏ NOXUD)

Lif və zülalla zəngin olan paxlalılar həzmi yavaşladır, eləcə də toxluğu artırır. Qaynadılmış və ya şorbada istehlak edildikdə balanslı yemək yaradır.



7. BALIQ (QIZILBALIQ VƏ SARDİNA)

Omega-3 yağ turşuları ilə zəngin olan qızılbalıq və sardina, sağlam yağ mənbəyi hesab olunur. Sobada və ya qril üsulu ilə bişirildikdə, az kalorili və doyumlu bir qida porsiyası təqdim edir. Mütəxəssislər bu balıq növlərinin həftədə bir neçə dəfə süfrəyə daxil edilməsini tövsiyə edirlər.



Elcan Bəşirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO