Şahin Mustafayev Təbrizə GETDİ – FOTO

Şahin Mustafayev Təbrizə GETDİ – FOTO

Hazırda oxunan: Şahin Mustafayev Təbrizə GETDİ – FOTO

271963

Azərbaycanın Baş nazirinin müavini, İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Təbrizə səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb.

Şahin Mustafayevi Şərqi Azərbaycan vilayətinin valisi Bəhram Sərməsti qarşılayıb.

Səfərin məqsədi iki ölkə arasında imzalanmış Anlaşma Memorandumunun icrasını izləmək və birgə nəqliyyat layihələri ilə tanış olmaqdır.

Şahin Mustafayevi İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq müşayiət edir.

Tərəflər Kəlalə–Culfa avtomobil yolu və Kəlalə–Ağbənd sərhəd körpüsünə baş çəkəcək, iqtisadi və nəqliyyat əməkdaşlığının inkişafı istiqamətində müzakirələr aparacaqlar.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO