Sürücülərin DİQQƏTİNƏ – Bakıda hansı yollar pullu OLACAQ?

Sürücülərin DİQQƏTİNƏ – Bakıda hansı yollar pullu OLACAQ?

Hazırda oxunan: Sürücülərin DİQQƏTİNƏ – Bakıda hansı yollar pullu OLACAQ?

271955

Xəbər verdiyimiz kimi Bakıda ödənişli hərəkət zonaları yaradılacaq. Bu, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondun maliyyələşmə mənbələrindən biri olacaq.

Bəs ödənişli zonalar hansı ərazidə yaradılacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirdi ki, paytaxtda hansı yolların pullu olacağı ilə bağlı fikir söyləmək bir qədər çətindir:

 

“Çünki Bakıda bütün yollar magistrallaşıb və bütün yolların bir-birinə çıxış nöqtələri var. Belə vəziyyətdə hansısa yolun pulluya çevrilməsi tıxacların artmasına səbəb ola bilər. Hazırda fəaliyyət göstərən iri yollardan daha çox tıxacların aradan qaldırılması üçün istifadə edilir. Bu yollar rahat gediş gəlişin təmin olunmasına hesablanıb. Bundan əlavə ümumi təhcizat zəncirinə bağlı yollar var. Məsələn yükdaşıma üçün yollarımız var. Bu yollar həm də şəhərdəki nəqliyyat yükünün azalmasına xidmət edir.


Təbii ki, imkanlar və reallıqlar yenidən təhlil edilməlidir. Yeni yollar çəkilməlidir. Bununla belə bugünkq reallıqdan çıxış edərək mən 5 yolun pullu ola biləcəyini təxmin edirəm. Bu yollar pullu olacağı təqdirdə tıxaclarla üzləşmərik. Hər halda bu məsələ ciddi müzakirə tələb edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO