Uşaq Avroviziya müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı AÇIQLANDI

Uşaq Avroviziya müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı AÇIQLANDI

Hazırda oxunan: Uşaq Avroviziya müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı AÇIQLANDI

271948

Azərbaycanın bu il dekabrın 13-də Tbilisidə keçiriləcək Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində təmsilçisinin adı məlum olub.

Bizim.Media xəbər verir ki, müsabiqədə Azərbaycanı Yağmur Nəsrullayeva təmsil edəcək.

Bununla bağlı keçirilən mətbuat konfransında Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova bildirib ki, seçim üçün ümumilikdə 60-dan çox müraciət olub:

"Ən yaxşı 15 nəfər növbəti mərhələyə buraxılıb və onlardan biri də qalib olub".
Müsabiqənin seçim mərhələsində münsiflər heyətində Xalq artisti Siyavuş Kərimi, əməkdar artist Gövhər Həsənzadə, əməkdar artist Vüqar Camalzadə, aranjimançı Vüqar Baxış, əvvəlki Avroviziya təmsilçisi Samirə Əfəndi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru Cavid İmamverdiyev olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO