Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi arasında ikitərəfli görüş keçirilib.
Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov iştirak ediblər.
Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əlaqələrin son illərdə uğurla və dinamik inkişafı vurğulanıb.
Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokola Əlavə Protokol” imzalanıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:44 / 23.09.2025
Xankəndidə Türkiyə ilə Azərbaycan arasında tarixi protokol imzalandı – FOTO
Hazırda oxunan: Xankəndidə Türkiyə ilə Azərbaycan arasında tarixi protokol imzalandı – FOTO
Hazırda oxunan: Xankəndidə Türkiyə ilə Azərbaycan arasında tarixi protokol imzalandı – FOTO
271946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.