Şəkidə dəhşətli cinayət: Namaza gedən iki nəfəri avtomobillə vurub öldürdü

Şəkidə dəhşətli cinayət: Namaza gedən iki nəfəri avtomobillə vurub öldürdü

Hazırda oxunan: Şəkidə dəhşətli cinayət: Namaza gedən iki nəfəri avtomobillə vurub öldürdü

271913

Şəkidə sərxoş vəziyyətdə avtomobil idarə edən şəxs namaz qılmağa gedən iki nəfəri vuraraq öldürüb.

Bizim.Media xəbər verir ki, hadisə Şəki şəhəri, Axundov prospektində baş verib.

Şəki sakini Turan Əzizli dostu Elvinlə birlikdə kafeyə gedərək spirtli içki qəbul edib.

Turan sükan arxasına əyləşərək şəhərin mərkəzinə, Elvinin evinə tərəf gedib. Yolda onlar avtomobili saxlayaraq mağazadan yenidən pivə alıblar. Dostlar pivəni içərək avtomobil idarə edərkən sürət həddini aşdığı üçün qarşıdan gələn motosikletin hərəkət zolağına çıxıblar və motosikletlə toqquşublar.

Hadisə nəticəsində motosikletdə olan sürücü Natiq Abdullayev və sərnişini Mehman Camalov aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Turan Əzizli 8 il 6 ay azadlıqdan məhrum edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO