Uşaqların gələcəyini məhv edən gizli təhlükə - SOS

Uşaqların gələcəyini məhv edən gizli təhlükə - SOS

Hazırda oxunan: Uşaqların gələcəyini məhv edən gizli təhlükə - SOS

271908

Məktəb illəri uşaqların gələcək həyat tərzini, xüsusən də qidalanma vərdişlərini formalaşdırır. Həmin dövrdə ailə, məktəb və sosial mühit onların qida seçimlərinə təsir edir. Təəssüf ki, bir çox məktəbli meyvə-tərəvəz əvəzinə "fast-food", şirniyyat və qazlı içkilərə üstünlük verir ki, bu da artıq çəki və ümumi sağlamlıq problemlərinin yaranmasına səbəb olur.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatında bildirilir.

"Araşdırmalar göstərir ki, uşaqlıqda sağlam qidalanma vərdişləri böyüdükdə davam edir. 

Ona görə valideynlər uşaqların menyusuna meyvə, tərəvəz, zülallı məhsullar və sağlam içkilər əlavə etməklə onların həm təhsil uğurlarına, həm də sağlam gələcəyinə töhfə verə bilərlər. AQTA "Sözdən əmələ keç, sağlam qidalanmanı seç!" layihəsi çərçivəsində uşaqların sağlam gələcəyini nəzərə alaraq addımlar atır və hər kəsi həmin təşəbbüsə qoşulmağa dəvət edir!", - deyə məlumatda bildirilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO