Gəncədə sürücünün idarəetməni itirməsi zərcirvari qəza ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində baş verib.
Hərəkətdə olan "Toyota Prius" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə o, "Hyundai" və "Niva" markalı maşınlarla toqquşub.
Qəza zamanı sərnişin 2005-ci il təvəllüdlü Vüsal Hüseynov, 2010-cu il təvəllüdlü Taleh Səfərov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. V. Hüseynovun vəziyyəti orta-ağır, 15 yaşlı T. Səfərovun isə vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Xəsarət alan digər zərərçəkənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu