Sabahın hava PROQNOZU    

Sabahın hava PROQNOZU    

Hazırda oxunan: Sabahın hava PROQNOZU    

27188

İyulun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə,havanın temperaturu gecə 22-26 isti, gündüz 32-37 isti, Bakıda gecə 22-26 isti, gündüz 32-37 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində cənub küləyi əsəcəyi gözlənilir. Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 4-5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü proqnozlaşdırılır.

İyulun 4-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 isti, gündüz 35-40, bəzi yerlərdə 42 isti, dağlarda gecə 15-20 isti, gündüz 23-28 dərəcə isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO