Ağdamda hərəkət olan "Chevrolet" markalı minik avtomobili alışıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndi ərazisində qeydə alınıb.
Belə ki, sözügedən minik maşını hərəkətdə olarkən mühərrik hissəsində alışma başlayıb.
Hadisə yerinə yanğınsöndürən briqadaları cəlb olunub. Alovun qarşısı alınıb.
Yanğının səbəbləri araşdırılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.