İstilik mövsümün başlanmasına sayılı günlər qalır. Ölkədə bununla bağlı hazırlıq işlərinə başlanılıb.
Bu barədə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı Bizim.Media-ya açıqlamasında bildirib.
Qurum rəsmisi deyib ki, ötən mövsüm yekunlaşandan növbəti mövsümə qədər işlər davam edir:
“Xətlər yoxlanılır, yaranan problemlər aradan qaldırılır, əsaslı və cari təmir işləri həyata keçirilir, qazanxanadakı avadanlıqlar yoxlanılır, sazlama işləri aparılır”.
Bəs havalar kəskin soyuyarsa, istilik mövsümünün noyabrın 15-dən daha tez başlaya bilər?
“Ötən istilik mövsümü aprelin 15-i dayanmalı olsa da hava şəraitiylə əlaqədar bir neçə gün uzadıldı. Hazırda isə 2 ay vaxt qaldığına görə perspektivdə vaxtın dəyişməsi kimi plan yoxdur”, - deyə Elvin Basqallı bildirib.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 23.09.2025
İstilik vaxtından tez verilə bilər – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: İstilik vaxtından tez verilə bilər – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: İstilik vaxtından tez verilə bilər – RƏSMİ AÇIQLAMA
271785
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.