Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq

Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq

Hazırda oxunan: Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq

271746

Bu gün axşam saatlarından etibarən Azərbaycanda payız fəsli başlayacaq.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Bizim.Media-ya verilən məlumata görə, payız fəsli Azərbaycana 22 sentyabr 22:19-da daxil olacaq.

Bu axşam həm də payız bərabərliyigünü olacaq, yəni gecə-gündüz bərabərliyi baş verəcək.

Günəşin şüaları Yer ekvatoruna yenidən düz bucaq altında düşdüyündən gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olacaq. Başqa sözlər, gecə ilə gündüz sutkanı yarıbayarıya – hər birinə 12 saat olmaqla bərabər böləcəklər. Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək və astronomik payız başlayacaq.
 

Payız fəsli başlayandan sonra isə gecələr tədricən uzanacaq, gündüzlər isə tədricən qısalacaq.


2025-ci ildə qış fəsli Azərbaycana 21 dekabr 19:03-də daxil olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO