Bakının mərkəzi yolları açıldı

Bakının mərkəzi yolları açıldı

Hazırda oxunan: Bakının mərkəzi yolları açıldı

271725

Formula 1 Azərbaycan Qran-Prisi 2025 başa çatdıqdan sonra şəhərdə halqa infrastrukturu və Azneft dairəsindəki tribunalarda tam söküntü işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb. 
 

Söküntü işlərinin ilk gecəsində, saat 06:00-dan etibarən, Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissə istisna olmaqla, hərəkət tam bərpa edilib.


Qeyd edək ki, yarış həftəsində bağlı olan yolların əksər hissəsi, şəhərdə tıxacların azaldılması məqsədilə, müəyyən vaxt intervalında sürücülərin istifadəsinə açıq olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO