Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatına yekun vurulub.
Bizim.Media xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə 63, 67 və 87 kiloqramlarda medalçılar müəyyənləşib.
İkinci dəfə dünya çempionatının finalına yüksələn Həsrət Cəfərov (67 kiloqram) həlledici görüşdə iranlı Olimpiya çempionu Səid Esmaili ilə qarşılaşıb. Rəqibinə minimal fərqlə (1:2) məğlub olan güləşçimiz növbəti dəfə dünya çempionatında gümüş medal qazanıb. Bu, onun böyüklər arasında 3-cü (2 gümüş, 1 bürünc) dünya çempionatı medalı olub.
Bununla da yunan-Roma güləşçilərimizin mundialda medallarının sayı 4-ə çatıb.
Xatırladaq ki, daha əvvəl Ülvü Qənizadə (72 kiloqram) qızıl, Eldəniz Əzizli (55 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə bürünc medalı boyunlarından asıblar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:56 / 21.09.2025
Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu
Hazırda oxunan: Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu
Hazırda oxunan: Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu
271687
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.