BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

Hazırda oxunan: BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

271680

Bakı Dövlət Universitetinin (BDU) sentyabrın 17-21-də “TEKNOFEST-2025 İstanbul” aerokosmik və texnologiya festivalında təmsil olunan “BSU SSTCC” komandası böyük uğur qazanıb.

Bizim.Media xəbər verir ki, dünyanın 96 ölkəsindən 565 min 776 komandanın müraciət etdiyi festivalda BDU-nun “BSU SSTCC” komandası “Əngəlsiz həyat texnologiyaları” kateqoriyası üzrə “NeuroScreen” layihəsi ilə I yerə layiq görülüb.

“NeuroScreen” layihəsinin məqsədi iflicli xəstələrin beyin siqnallarının oxunması və filtrlənməsi nəticəsində müxtəlif IoT əsaslı ağıllı ev texnologiyalarının, rəqəmsal vasitələrin və robot əsaslı orqanların idarəsinin təmini, xəstənin sağlamlıq vəziyyətinin anlıq monitorinqi və süni intellekt əsasında təyinidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO