General Əli Nağıyev şəhid Əli Nağıyevin ailəsini ziyarət edib – Şəhid anasından AÇIQLAMA

General Əli Nağıyev şəhid Əli Nağıyevin ailəsini ziyarət edib – Şəhid anasından AÇIQLAMA

Hazırda oxunan: General Əli Nağıyev şəhid Əli Nağıyevin ailəsini ziyarət edib – Şəhid anasından AÇIQLAMA

27158

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general Əli Nağıyev ona edilən müraciətə xüsusi diqqət nümayiş etdirib. O, şəhid anasının xahişini yerinə yetirərək şəhid Əli Nağıyevin ailəsini ziyarət edib.

Şəhidin anası Lalə Nağıyeva öz təssüratlarını Bizim.Media-nın oxucuları ilə bölüşüb.

O, bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi ilə görüş maraqlı oldu.

“Mən Əli müəllimi evimizə qonaq çağıranda ürəyim də bir ümid vardı ki, o, mənim təklifimi qəbul edəcək. Sağ olsun, bizi ziyarət etdi. O, çox sadə və səmimi insandır. Bizimlə səmimi söhbət etdi, bizi diqqətlə dinlədi. General daima onların, cənab Prezidentin diqqətində, dövlətin nəzarətində olduğumuzu bildirdi. Digər övladımın təhsili və işi barəsində dəstək olacağını da söz verdi. İnşallah bu yaxınlarda evimiz təmir olacaq. Sağ olsun, dövlət, cənab Prezident bizdən qayğısını əskik etmir”.

Sonda Lalə xanım bu sözlərlə fikrini tamamlayıb:

“İndiyə qədər ürəyimdən nə keçibsə şükür Allaha çoxu yerinə yetib. Oğlumun da general olmağını arzulayırdım, indi o, ən ali zirvədə Şəhidlik Zirvəsindədir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO