Balıq bahalaşdı - VİDEO

Balıq bahalaşdı - VİDEO

Hazırda oxunan: Balıq bahalaşdı - VİDEO

271439

Ötən illərlə müqayisədə balığın qiyməti xeyli artıb. Əvvəllər 1 kiloqram balıq orta hesabla 7-8 manat idi, hazırda isə 14-15 manata təklif olunur. Satıcılar bildirirlər ki, qiymət balığın növünə, çəkisinə, hansı bölgədən gəldiyinə və yetişdiyi mühitə - çay, dəniz və ya gölə görə dəyişir.

Bizim.Media ATV-yə istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi bazarlarda süni qiymət artımının qarşısını almaq üçün yarmarkalar təşkil edir. Alıcılar deyirlər ki, burada qiymətlər nisbətən ucuz olur.

Bazarlarda həm yerli, həm də xarici sort balıqlar satılır. Qiymət aralığı isə 4 manatdan başlayır və mövsümün ən bahalı balığı 15 manata qədər olur.

Satıcılar qeyd edirlər ki, balıq satışının yarmarkası artıq yekunlaşdığı üçün insanlar bazarlardakı məhsulları normal qiymətə almağa məcburdur, bu isə müştərilərin cibinə uyğun olmur.

Daha ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO