Sabunçu rayonunda yağışın yaratdığı acınacaqlı vəziyyət - VİDEO

Sabunçu rayonunda yağışın yaratdığı acınacaqlı vəziyyət - VİDEO

Hazırda oxunan: Sabunçu rayonunda yağışın yaratdığı acınacaqlı vəziyyət - VİDEO

271433

Gölə bənzəsə də, göl deyil...

Bizim.Media “Xəzər TV”yə istinadən xəbər verir ki, söhbət paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin mərkəzi küçələrinin birindən gedir. Son günlər yağan yağışın yaratdığı bu vəziyyət səbəbindən bu küçədən piyada keçmək mümkün deyil.

Heç maşınlar da keçə bilmir. Yığılan su çox, yoldakı çökək isə o qədər dərindir ki, bir çox nəqliyyat vasitəsi gəldiyi yolu geri qayıdır.

Yavər Əliyev küçəsinin sakinləri deyirlər ki, yaranmış bu vəziyyət səbəbindən maşınlar yolda qalır.

Sakinlər deyirlər ki, uşaqlarımız təhsildən geri qalır. Məktəbdə oxuyanımız, universitetə gedən gənclərimiz var, hamısı bu səbəbdən dərsdən qalır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, həmin ünvanda qurumun mərkəzləşdirilmiş su şəbəkəsi mövcud deyil. Ərazidə olan kanalizasiya xətləri də əhali tərəfindən primitiv üsulla çəkilib. Elə buna görə yağıntılar zamanı xətlər həddindən artıq yüklənir.

Daha ətraflı videoda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO