"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

Hazırda oxunan: "Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

271397

"Meta" məşhur ani mesajlaşma platforması "WhatsApp"ın iOS versiyasına yeni funksiya əlavə edib.

Bizim.Media xəbər verir ki, artıq istifadəçilər vacib mesajların unudulmaması üçün proqram daxilində birbaşa xatırlatma təyin edə biləcəklər.

Məlumata görə, yenilik WhatsApp 25.25.74 versiyasında təqdim edilib. İstifadəçilər mesaj hissəsini basıb saxladıqda açılan menyuda "Mənə xatırlat" seçimini görə bilirlər. Buradan 2 saat, 8 saat, 24 saat kimi hazır vaxt aralıqlarını seçmək, həmçinin fərdi tarix və vaxt təyin etmək mümkündür.

Bu funksiya xüsusilə işgüzar yazışmalarda və gündəlik tapşırıqların icrasında mesajların unudulmasının qarşısını almaq üçün nəzərdə tutulub.

WhatsApp-da mesaj xatırlatma funksiyasından istifadə qaydası:

Xatırlatmaq istədiyiniz mesajı uzun basın;

Açılan menyudan "Daha çox..." bölməsinə daxil olun;

"Mənə xatırlat" seçimini işarələyin;

Vaxt intervalını müəyyən edin.

Yeni funksiya yaxın günlərdə bütün iOS istifadəçilərinə təqdim olunacaq. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO