Bu meyvə xərçəngin düşmənidir

Bu meyvə xərçəngin düşmənidir

Hazırda oxunan: Bu meyvə xərçəngin düşmənidir

271241

Əsrlər boyu "cənnət meyvəsi" kimi tanınan nar (Punica granatum) payızın ən sevilən və faydalı meyvələrindən hesab olunur.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, qədim zamanlardan bolluq və sağlamlığın rəmzi sayılan nar həm dadı, həm də zəngin tərkibi ilə insan sağlamlığı üçün əvəzsizdir.

Mütəxəssislərin sözlərinə görə, nar C, K və E vitaminləri, eləcə də fol turşusu ilə zəngindir.

Bu maddələr immuniteti gücləndirir, dərini gənc saxlayır, sinir sistemini möhkəmləndirir. Tərkibindəki kalium ürək fəaliyyətini dəstəkləyir, dəmir isə qanazlığının qarşısını alır.

Narın dənələri və şirəsi yüksək miqdarda polifenol və flavonoidlər ehtiva edir. Onlar hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur, qocalma prosesini ləngidir və xərçəng riskini azaldır.

Nar şirəsi həmçinin damar divarlarını möhkəmləndirir, xolesterini normallaşdırır və qan dövranını yaxşılaşdırır. Mütəmadi istifadə ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.

Payız-qış mövsümündə nar immun sistemi gücləndirən, virus və infeksiyalara qarşı qoruyan təbii vasitə sayılır. Qabığından hazırlanan dəmləmələr mədə-bağırsaq problemlərində kömək edir, liflə zəngin olması isə həzmi yaxşılaşdırır.

Bundan başqa, nar qanın tərkibini yaxşılaşdırır, toksinlərin bədəndən xaric olunmasına yardım edir və dəmir çatışmazlığına qarşı təsirli vasitədir.

Kosmetologiyada da geniş istifadə olunan nar ekstraktı dərinin elastikliyini artırır, qırışların yaranmasının qarşısını alır və saçların möhkəmlənməsinə şərait yaradır.

İstər meyvə, istərsə də şirə və dəmləmə şəklində istifadə olunan nar həm sağlamlıq, həm də gözəllik üçün təbii dəstək hesab olunur. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO