71 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən qonşusu SAXLANILDI

71 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən qonşusu SAXLANILDI

Hazırda oxunan: 71 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən qonşusu SAXLANILDI

271188

Xəbər verdiyimiz kimi Astara rayonunun Miki kəndində 71 yaşlı qadının qətlə yetirildiyi məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sentyabrın 7-də kənd sakini, 1954-cü il təvəllüdlü Şahimə Zeynulla qızı Salayevanın meyiti yaşadığı evdə tapılıb.
 

Qətli törətməkdə şübhəli bilinən qonşusu 1970-ci il təvəllüdlü Ziba Abidova polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.


Qeyd edək ki, əvvəlcə qadının intihar etdiyi güman olunurdu. O, döşəmədə oturmuş vəziyyətdə, baş örtüyünün ucları çarpayıya bağlanmış halda aşkarlanmışdı.

Meyit müayinə üçün Lənkəran rayonlararası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə göndərilib. Ekspertizanın nəticələri qadının boğularaq öldürüldüyünü təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO