Astarada intihar etdiyi deyilən 71 yaşlı qadın qətlə yetirilibmiş - ŞOK DETALLAR

Astarada intihar etdiyi deyilən 71 yaşlı qadın qətlə yetirilibmiş - ŞOK DETALLAR

Hazırda oxunan: Astarada intihar etdiyi deyilən 71 yaşlı qadın qətlə yetirilibmiş - ŞOK DETALLAR

271175

Astara rayonunun Miki kəndində 71 yaşlı qadının qətlə yetirildiyi məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sentyabrın 7-də kənd sakini, 1954-cü il təvəllüdlü Şahimə Zeynulla qızı Salayevanın meyiti yaşadığı evdə tapılıb.

Əvvəlcə qadının intihar etdiyi güman olunurdu. O, döşəmədə oturmuş vəziyyətdə, baş örtüyünün ucları çarpayıya bağlanmış halda aşkarlanmışdı.

Meyit müayinə üçün Lənkəran rayonlararası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə göndərilib. Ekspertizanın nəticələri qadının boğularaq öldürüldüyünü təsdiqləyib.

İlkin araşdırmalarda məlum olub ki, mərhuməyə məxsus sandıq evdən götürülüb. Axtarışlardan sonra sandıq meşəlik ərazidə tapılıb.

Qətli törətməkdə şübhəli bilinən kənd sakini – qadının qonşusu saxlanılıb.

Hadisə ilə bağlı prokurorluqda istintaq davam etdirilir.

Sabutay, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO