Maştağada DƏHŞƏT: 22 yaşlı oğlan anasını döydü

Maştağada DƏHŞƏT: 22 yaşlı oğlan anasını döydü

Hazırda oxunan: Maştağada DƏHŞƏT: 22 yaşlı oğlan anasını döydü

271072

Bakıda 22 yaşlı oğlan anasını döyüb.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Qəsəbə ərazisində nömrəsiz evdə yaşayan 2003-cü il təvəllüdlü Cavid Budaqov (ad və soyad şərtidir) anası ilə mübahisə edib. Mübahisə nəticəsində o, anasının saçından tutaraq yerə yıxıb, baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib.

Müxtəlif bədən xəsarətləri alan qadın polisə müraciət edib. Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə qadın övladını bağışlayıb və ona dəymiş ziyanın ödənildiyini bildirib.

Məhkəmənin qərarı ilə C.Budaqov cinayət məsuliyyətindən azad edilib və işə xitam verilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO