"Milli televiziyamızı son vaxtlar bizə qaytaran insanlara təşəkkürlər..."

Hazırda oxunan: "Milli televiziyamızı son vaxtlar bizə qaytaran insanlara təşəkkürlər..."

271049
Uzun illərdir Şimali Avropada yaşayıram. Qürbətdə bu qədər vaxt yaşamağımıza baxmayaraq gözümüz daim milli televiziyalarımızdadır.xa0 Ən cox Vətən həsrəti ilə izlədiyimiz AzTV isə son günlər bizi yaman təəccübləndirib. Səhərlər televizorun pultunu AzTV-yə tuşlayanda doğma dilimizi eşitməsəm sanki bir məşhur Avropa kanalına baxıram. Zövqlə və müasir dizaynla yığılmış studiyalar, aparıcıların modern təqdimatları, peşəkar hazırlanmış proqramlar, istədiyimiz mövzuda müzakirələr və sair və ilaxır. Mən dərhal uşaqlıq illərində Bakıda yaşadığım vaxt olan AzTV-ni indi burdan təkrar görürəm. Olduqca maraqlı verilişlər təşkil olunur. Milli mövzular, milli çalarlar göz oxşayır. Xüsusilə gənclər üçün təşkil olunan verilişlərdə intellektual müzakirələr burdan avropalı tamaşaçı kimi bizim diqqətimizi həmən çəkir. Xaricdə yaşayan həmvətənlərimizin müxtəlif vasitələrlə milli televiziyamızda efirə cəlb olunması isə AzTV-dən bizə böyük diqqətdir. Siz bilirsinizmi bu necə qürurlu bir hissdir qürbətdə yaşayan azərbaycanlı üçün? Təşəkkürlər AzTV! Təşəkkürlər milli televiziyamızı son vaxtlar bizə qaytaran insanlar!!

Ülviyyə Cabbarova,xa0
Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru və Finlandiya Azərbaycan-Türk Gənclər Təşkilatının sədri. (Helsinki)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO