Bakıda zibil atmaq üstündə qonşu qadınlar arasında dava olub.
Bizim.Media xəbər verir ki, hadisə Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.
26 yaşlı F.Nağıyeva ilə qonşusu arasında həyətə zibil atmaq üstündə mübahisə yaranıb.
Mübahisə zamanı F.Nağıyeva qonşusunun başına yumruqla zərbə vurub. Sonra yaxasından tutaraq, onu yerə yıxıb. Nəticədə, zərərçəkənin qolu sınıb, həmçinin gicgah nahiyəsi zədələnib.
Hadisəyə görə, F.Nağıyeva barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Lakin məhkəmə istintaqı zamanı tərəflər barışıblar. Hər iki tərəf məhkəmədən işə xitam verilməsini xahiş edib.
Nəsimi Rayon Məhkəməsində hakim Ceyhun Tağıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib və təqsirləndirilən şəxs məsuliyyətdən azad olunub. (lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
06:24 / 18.09.2025
Bakıda gənc qadın zibilə görə qonşusunun qolunu QIRDI
Hazırda oxunan: Bakıda gənc qadın zibilə görə qonşusunun qolunu QIRDI
Hazırda oxunan: Bakıda gənc qadın zibilə görə qonşusunun qolunu QIRDI
271026
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.