Qubada insan sümükləri TAPILDI

Qubada insan sümükləri TAPILDI

Hazırda oxunan: Qubada insan sümükləri TAPILDI

270988

Qubanın Rustov kəndinin ərazisində insan sümükıəri tapılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, insan sümükləri güclü və intensiv yağışlardan sonra üzə çıxıb.

Qubanın icra hakimiyyəti başçısının Rustov inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mahir Məmmədov həmin ərazinin kəndin köhnə qəbiristanlığı olduğunu bildirib.

O, sümüklərin 1918-ci ildə Qubada erməni daşnakları tərəfindən öldürülən dinc insanlara aid ola biləcəyini inkar edib. Bildirilib ki, intensiv yağıntılar olanda bu sümüklərin üzə çıxması müşahidə olunan haldır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO