Azərbaycan Televiziyasında Şuşa həbsxanası, burada işgəncələr verilmiş azərbaycanlılarla bağlı veriliş yayımlanacaq.
Bizim.Media xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Jurnalist araşdırması”nın iyulun 3-ü efirə gedəcək buraxılışında erməni terrorçuların işgəncə verdiyi azərbaycanlılar yaşadıqlarını danışacaq.
Bəzi mənbələrdə Şuşa həbsxanasının XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına tikildiyi iddia edilir. Bura tikilənə qədər məhkumlar Gəncə şəhərindəki həbsxanada saxlanılırmış. Qohum-əqrabanın məhkumlara baş çəkməsinin çətinliyini nəzərə alan Xan qızı guya şuşalıları, eləcə də ətraf ərazilərdə yaşayan insanları bu əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın inşası üçün vəsait ayırıb.
Əslində isə həqiqət başqadır. “Jurnalist araşdırması”nda bu iddialar araşdırılacaq, həqiqətlər ortaya çıxarılacaq.
Verilişdə Şuşa həbsxanasının keçmiş rəisi Aydın Abbasovun da fikirlərinə yer verilib. Bundan başqa, “Jurnalist araşdırması”nda uzun müddət erməni əsarətində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Şuşa həbsxanasında saxlanıldığı kameralar göstəriləcək.
Şuşa həbsxanasının son görüntüləri, işgəncə verilmiş azərbaycanlıların yaşadığı dəhşətlər iyulun 3-ü saat 21:00-da AzTV-də efirə veriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:16 / 02.07.2021
Dilqəmlə Şahbazın saxlanıldığı kamera - Şuşa həbsxanasının son GÖRÜNTÜLƏRİ
Hazırda oxunan: Dilqəmlə Şahbazın saxlanıldığı kamera - Şuşa həbsxanasının son GÖRÜNTÜLƏRİ
Hazırda oxunan: Dilqəmlə Şahbazın saxlanıldığı kamera - Şuşa həbsxanasının son GÖRÜNTÜLƏRİ
27097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.