Yağıntılı hava sentyabrın 21-dək davam edəcək - RƏSMİ

Yağıntılı hava sentyabrın 21-dək davam edəcək - RƏSMİ

Hazırda oxunan: Yağıntılı hava sentyabrın 21-dək davam edəcək - RƏSMİ

270946

Azərbaycanda müşahidə edilən yağıntılı havanın sentyabrın 21-dək davam edəcəyi gözlənilir. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova yayıb.
 

Direktor qeyd edib ki, sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.


Gülşad Məmmədova əlavə edib ki, bölgələrdə də anoloji hava sentyabrın 21-i gündüzədək davam edəcək.

"Bəzi yerlərdə yağışın intensivləşəcəyi, leysan yağacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Sentyabrın 19-da bəzi yerlərdə qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 19-24, dağlıq ərazilərdə 7-11 dərəcə isti olacaq", - deyə o əlavə edib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO