Azərbaycanda kəskin istilər düşəcək?

Azərbaycanda kəskin istilər düşəcək?

Hazırda oxunan: Azərbaycanda kəskin istilər düşəcək?

270898

Türkiyə Meteorologiya Xidməti ölkənin bir sıra bölgələrində havanın kəskin istiləşəcəyi ilə bağlı xəbərdarlıq yayıb. Maraqlıdır, Türkiyədə gözlənilən kəskin istilər Azərbaycana da təsir göstərə bilərmi?

Bizim.Media xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov “konkret.az”a açıqlamasında bildirib ki, Azərbaycanın coğrafi şəraiti Türkiyə ilə müqayisədə fərqli olduğundan iqlim və hava şəraiti də başqadır.
 

“Ümumdünya Meteorologiya Təşkilatının (WMO) son proqnozlarında qeyd olunur ki, sentyabr ayından etibarən La Nina hava və iqlim modellərinə müvəqqəti soyutma təsiri göstərə bilər. Buna baxmayaraq payız fəslinə xas olan bəzi meteoroloji göstəricilər norma daxilində tərəddüd edəcək.


Yaxın günlərdə ölkəmizin sinoptik şəraitində qeyri-sabitlik müşahidə olunacaq. Fasilələrlə yağan yağıntıların sentyabrın 22-dək davam edəcəyi gözlənilir”, – deyə C.Hüseynov əlavə edib.

Ekspert əlavə edib ki, Türkiyədəki kəskin istilərin Azərbaycana eyni dərəcədə təsiri gözlənilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO